www.science.az
24.04.2020 12:29

Azərbaycanlı alimin iki kitabı Türkiyədə nəşr olunub

Azərbaycan və türk folklorunun tədqiqatçısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Oğuznamə eposu və İslam” və “Epik folklor sistemində İslam” kitabları Türkiyədə çapdan çıxıb.

Alimin “Folklor və islam” probleminin nəzəri əsasları seriyasından olan iki fundamental əsəri Türk Dünyası Elmlər Akademiyası və Merak Akademiyasının birgə layihəsi əsasında nəşr edilib.

Kitabların redaktoru türkiyəli alim, professor Ali Arslan Durmuşdur.

Vəsaitlər Macarıstan, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Qırğızıstan və Başqırdıstanda da nəşrə hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.