Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Ramiz Məmmədov su qıtlığı haqqında ATV kanalına müsahibə verib
24.04.2020 12:11
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov su qıtlığı haqqında ATV kanalına müsahibə verib

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ATV kanalına verdiyi müsahibəsində iqlim dəyişikliyi ilə əlaqədar suyun həcminin azalması barədə fikirlərini bölüşüb.  

O, Azərbaycan ərazisinin 60 faizini quraqlıqların təşkil etdiyini, bunun isə pambıq əkini artırılan Kür-Araz ovalığında daha aydın göründüyünü bildirib. Alim bu səbəbdən suvarma metodunun dəyişdirilməsinin vacibliyini qeyd edib.

Akademik R.Məmmədov bildirib ki,  insanların sudan istifadəsində israfçılığa yol vermələri problemi daha da dərinləşdirir: “Problemin həlli üçün yeni su anbarlarının yaradılması zəruridir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: