www.science.az
22.10.2014 00:00

AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verdi.

İclasda Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun 2012-2013-cü illərdə keçirdiyi müsabiqələrin qalibi olmuş layihələrin icrası haqqında yekun hesabatlar dinlənildi.

Tədbirdə, həmçinin AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində “Seysmotomoqrafiya” adlı beynəlxalq laboratoriyanın yaradılması, Yer Elmləri Bölməsi İnstitutlarının AMEA Məruzələri jurnalında iştirakları məsələləri ətrafında müzakirələr aparıldı.

İclasda səsləndirilən məsələlərlə bağlı akademik Hətəm Quliyev, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli və digərləri çıxış etdilər.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.