Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Oksford Universiteti alimlərinin hazırladığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək
23.04.2020 11:15
  • A-
  • A
  • A+

Oksford Universiteti alimlərinin hazırladığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək

Aprelin 23-də Böyük Britaniyanın Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək.

İngiltərənin Səhiyyə naziri Mett Hankok peyvəndin sınağının insanlar üzərində aparılacağını açıqlayıb.

Britaniyanın peyvənd tədqiqatlarına digər ölkələrdən daha çox, 20 milyon funt sterlinq pul ayırdığını deyən M.Hankok Oksford Universiteti və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələrin əldə edildiyini bildirib.

trt.net.tr saytı xəbər verir ki, London İmperial Kollecinin “Twitter” hesabında peyvəndləri sınamaq üçün könüllülərin axtarıldığı qeyd olunub.

  • Paylaş: