Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“AMEA və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi müzakirə edilib
22.10.2014 00:00
  • A-
  • A
  • A+

“AMEA və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi müzakirə edilib

Bu gün AMEA Rəyasət Heyətində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri Vəfadar Əbilhəsənov və Cəmiyyətin Satış və Marketinq Departamentinin direktoru Elşən Cəfərovu qəbul edib.

AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazovun iştirakı ilə keçirilmiş görüşdə “Azərbaycan Milli Elmlər Akademiyası və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi müzakirə edilib, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Anlaşma Memorandumunun noyabrda imzalanması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: