Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Azərbaycan Tarixi Muzeyinin onlayn iclası keçirilib
22.04.2020 13:53
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin onlayn iclası keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə növbəti onlayn iclas keçirilib.

Muzeyin əməkdaşlarının iştirakı ilə baş tutan iclasda akademik Nailə Vəlixanlı gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, əməkdaşlara qurumun tədbirlər planına əsasən görkəmli numizmat, professor Yevgeni Paxomovun vəfatının 55 illiyi münasibətilə onlayn seminarın keçirilməsini, o cümlədən muzeyin məqalələr toplusuna məqalələrin hazırlanıb verilməsini tapşırıb.

Direktor rəhbərlik etdiyi qurumun "Facebook" səhifəsində muzey eksponatlarının silsilə təqdimatı, həmçinin bu il keçirilməsi nəzərdə tutulan muzeyin 100 illik yubileyi ilə əlaqədar məsələlərə diqqət yetirmənin vacibliyini qeyd edib.

İclas iştirakçıları öhdələrinə düşən vəzifələri karantin müddətində onlayn rejimdə icra edəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: