Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunda “Azərbaycan altmışıncıları” haqqında kitab hazırlanır
22.04.2020 13:23
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Azərbaycan altmışıncıları” haqqında kitab hazırlanır

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu qurumun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Azərbaycan altmışıncıları” adlı məqalələr toplusu hazırlanır. Topluda ədəbiyyatda “altmışıncılar” adı ilə tanınmış yazıçı və şairlər haqqında portret-oçerklər öz əksini tapacaq.

İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsi tərəfindən hazırlanan bu kitabda yer alacaq portret-oçerklərin hazırlanmasına müəssisənin digər şöbələrində çalışan tanınmış alim və istedadlı gənc mütəxəssislər də cəlb edilib.

“Azərbaycan altmışıncıları” kitabının bu ilin iyul ayınadək başa çatdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: