Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunun cari ilin birinci rübü üzrə elmi fəaliyyəti müzakirə edilib
20.04.2020 16:39
  • A-
  • A
  • A+

Folklor İnstitutunun cari ilin birinci rübü üzrə elmi fəaliyyəti müzakirə edilib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

İclasda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov əməkdaşların karantin rejiminin qaydalarına riayət etməklə fəaliyyət göstərdiklərini bildirib. Diqqətə çatdırıb ki, bu müddətdə bir neçə kitab nəşrə hazırlanıb, institutun şöbələrinin onlayn iclasları keçirilib, görülən işlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sonra elmi-tədqiqat şöbələrinin 2020-ci ilin I rübü üzrə fəaliyyəti müzakirə edilib.

İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev əməkdaşların yeni nəşr olunmuş kitabları haqqında danışıb.

Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı qeyd edib ki, əməkdaşlar tədqiqatlarını institutun 2020-ci il üçün elmi-tədqiqat planına uyğun aparıblar. Habelə şöbə “Dədə Qorqud” elmi jurnalının növbəti sayını çapa hazırlayıb.

R.Qafarlı bu yaxınlarda Türkiyədə onlayn keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyi barədə də məlumat verib.

Sonra institutun şöbə müdirləri - professor Füzuli BayatNailə Rəhimbəyli, filologiya elmləri doktoru Nizami Muradoğlu, filologiya üzrə fəlsəfə doktorları, dosent - İlkin RüstəmzadəAfaq RamazanovaAğaverdi Xəlil rəhbərlik etdikləri şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti barədə məlumat veriblər.

Onlayn iclası yekunlaşdıran akademik Muxtar İmanov hesabatları qənaətbəxş hesab edib, institutun elmi jurnallarının ardıcıl nəşr olunmasının vacibliyini vurğulayıb. O, həmçinin bu il toplama materialları ilə yanaşı, çoxsaylı elmi-tədqiqat əsərlərinin, monoqrafiyaların çapının planlaşdırıldığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: