Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dendrologiya İnstitutu onlayn iclas keçirib
20.04.2020 14:38
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu onlayn iclas keçirib

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunduğundan AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları fəaliyyətlərini evdən davam etdirirlər. Aprelin 20-də institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müəssisənin müvafiq laboratoriya və şöbə rəhbərləri ilə onlayn iclas keçirib.

İclasda karantin rejimindən irəli gələn sosial təcrid şəraitində elmi tədqiqatların mümkün vasitələrlə davam etdirilməsi və onlayn əlaqələndirilməsi məsələsi müzakirə edilib.

Bilirilib ki, karantin dövründə əməkdaşların 11-ə yaxın məqaləsi beynəlxalq və yerli jurnallarda dərc olunub. Şöbələrin əməkdaşları elmi konfranslarda onlayn iştirak ediblər.

Müəssisə rəhbəri pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib. O, institutun fəaliyyətinin koordinasiyası məqsədilə onlayn iclasların mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda onlayn iclasda dinlənilən hesabatlar qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: