Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Facebook” istifadəçilərə koronavirusa dair yalan məlumat barədə xəbər verəcək
18.04.2020 12:33
  • A-
  • A
  • A+

“Facebook” istifadəçilərə koronavirusa dair yalan məlumat barədə xəbər verəcək

“Facebook” şirkəti istifadəçilərə COVID-19 haqqında əsası olmayan informasiya barədə xəbər verəcək.

interfax.ru saytı məlumat verir ki, istifadəçilər “Facebook”da virus haqqında yalan və ya təhlükəli informasiya olduğu müəyyənləşdirilmiş paylaşıma münasibət bildirərsə (bəyənərsə, paylaşarsa və ya şərh yazarsa) bu zaman sosial şəbəkə Ümumdünya Səhiyyə Təşkilatının saytında COVID-19 haqqında müvafiq bölməyə istinadla istifadəçini informasiyanın əsaslı olmadığı barədə məlumatlandıracaq. Bu kimi məlumatlara virusla mübarizədə təcridin kömək etməməsi, yaxud məişətdə işlənən təhlükəli kimyəvi maddələrdən istifadə ilə virusdan sağalma kimi əsası olmayan paylaşımlar aiddir.

“Facebook”un yaradıcısı Mark Zukerberq bildirib ki, virus haqqında yalan məlumatların yayılması istifadəçilər üçün siyasi yalandan daha çox təhlükə doğurur.

Qeyd edək ki, son məlumata görə, koronavirusa yoluxanların sayı dünyada 2,2 milyona yaxınlaşır, xəstəlikdən 145 min insan ölüb, 0,5 milyondan çox insan sağalıb.

  • Paylaş: