Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüquq və İnsan Haqları İnstitutu əməkdaşının məqaləsi Rusiyanın elmi elektron kitabxanasında yerləşdirilib
17.04.2020 15:38
  • A-
  • A
  • A+

Hüquq və İnsan Haqları İnstitutu əməkdaşının məqaləsi Rusiyanın elmi elektron kitabxanasında yerləşdirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyevin məqaləsi Rusiyanın “Sosialno-politiçeskiye nauki” jurnalında dərc olunub və “Elibrary.ru” elmi elektron kitabxanasında yerləşdirilib.

Aydın Əliyevin “Yaşamaq hüququ: Azərbaycan Respublikası və Rusiya Federasiyası konstitusiyalarının müvafiq normalarının müqayisəli təhlili” məqaləsinin məqsədi yaşamaq hüququnu müəyyən edən konstitusion normanın məzmununun tədqiqi və müqayisəli təhlili, onun həyata keçirilməsində mümkün ola biləcək problemləri aşkar etməkdən ibarətdir. Göstərilən məqsədə nail olunması üçün məqalədə Azərbaycan Respublikası Konstitusiyasının 27-ci və Rusiya Federasiyası Konstitusiyasının 20-ci maddəsi ilə bəyan olunmuş yaşamaq hüququnun təmin edilməsinin aktual məsələləri müqayisəli şəkildə nəzərdən keçirilir.

Məqalədə müəllif belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında ölüm cəzası 1998-ci ildə ləğv edildikdən sonra Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin II və III hissələri ilə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi arasında ziddiyyət yaranıb. Bu ziddiyyətin aradan qaldırılması üçün təhlil olunan konstitusiya normasına zəruri dəyişikliklər edilməsi tələb olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: