Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutu fəaliyyətini onlayn rejimdə davam etdirir
16.04.2020 14:10
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutu fəaliyyətini onlayn rejimdə davam etdirir

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətini onlayn davam etdirir. Bu məqsədlə institutun fasiləsiz mühafizəsi işi yüksək səviyyədə təşkil edilib. Müəssisənin rəhbərliyi distant nəzarəti həyata keçirir.

İnstitutda istifadə olunan, daim azot və helium istifadəsi tələb edən nadir cihazların işçi vəziyyətdə saxlanılması təmin edilib. Bundan başqa, magistraturada təhsil alan I və II kurs tələbələrin distant təhsili təşkil olunub.

Müəssisənin elmi işçiləri karantin dövrünə qədər aparılmış tədqiqatların nəticələrini ümumiləşdirərək beynəlxalq və yerli elmi jurnallara hazırlayırlar. Həmçinin rəhbərliyin və aparıcı alimlərin təklifləri ilə bir neçə monoqrafiya yazılır və həmmüəlliflər onlayn əlaqə saxlayaraq, mətnlərin müzakirəsini aparırlar.

Eyni zamanda, institutun “Neft kimyası və neft emalı prosesləri” (Processes of Petrochemistry and Oil Refining) və “Kimya məktəbdə” elmi-nəzəri və metodik jurnalı öz fəaliyyətini onlayn formada davam etdirir. Hər iki jurnalın növbəti nömrələrinə məqalə qəbulu onlayn aparılır.

İnstitutun rəsmi nkpi.az veb-saytının əməkdaşları hər gün dünyada və ölkəmizdə olan mühüm elmi xəbərləri, həmçinin şagirdlər, tələbələr, magistrantlar və geniş oxucu kütləsi üçün maraqlı məlumatları dərc etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: