Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnstitutda dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində tədqiqatlar aparılır
14.04.2020 13:35
  • A-
  • A
  • A+

İnstitutda dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində tədqiqatlar aparılır

Məlum olduğu kimi, koronavirus pandemiyası və neft qiymətlərinin kəskin aşağı düşməsi dünya iqtisadiyyatını ən dağıdıcı sosial-iqtisadi böhranlardan birinə düçar edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi böhranın mənfi təsirlərini “yumşaltmaq” məqsədi ilə bir sıra mühüm qərarlar qəbul edib, onun göstərişləri əsasında iqtisadi inkişafın dəstəklənməsi üzrə bir sıra proqramlar hazırlanıb. Hazırda antiböhran tədbirləri davam etdirilir.

Dünyanın əksər iqtisadçı alimləri öz ölkələrinin böhrandan daha az itkilərlə çıxması üçün yollar axtarışındadırlar. Bu sahədə Azərbaycan iqtisadçılarının da üzərinə böyük məsuliyyət düşür. Makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın bərpa olunması, iqtisadiyyatın şaxələndirilməsi, idxalın əvəzlənməsi, dövlətin sosial yükünün yüngülləşdirilməsi ilə bağlı istər ümumiqtisadi, istərsə də sektoral səviyyədə konkret təkliflər əsasında tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.

Bu qəbil araşdırmaların aparılması, təklif və tövsiyələrin hazırlanıb dövlət idarəetmə orqanlarına təqdim olunması müəyyən müddət ərzində davamlı olaraq həyata keçirilməlidir. Ən nikbin proqnozlara görə, 2020-ci ildə başlamış qlobal sosial-iqtisadi böhranın nəticələrini dəf etməyə və iqtisadi artım trayektoriyasına qayıtmağa bir neçə il tələb olunacaq.

AMEA-nın İqtisadiyyat İnstitutunun kollektivi də bu vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verməyə çalışır. Belə ki, institutda qlobal böhranın Azərbaycan iqtisadiyyatına faktiki və potensial təsirlərinin qiymətləndirilməsi, onun Azərbaycanda makroiqtisadi sabitliyə, o cümlədən maliyyə sektoruna mümkün mənfi təsirlərinin neytrallaşdırılması, Azərbaycan iqtisadiyyatının yaxın illər ərzində üzləşə biləcəyi yeni risklər, ölkədə məcmu tələbin və məcmu təklifin dəstəklənməsi, qlobal böhranın Azərbaycanda ictimai rifaha mümkün təsirləri və onların yüngülləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Tədqiqatların nəticələri və təkliflər müvafiq hökumət qurumlarına təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: