Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun magistrantları təhsillərini distant qaydada davam etdirirlər
14.04.2020 12:16
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun magistrantları təhsillərini distant qaydada davam etdirirlər

AMEA-nın Polimer Materialları İnstitutunun magistrantları üçün təhsil distant qaydada davam etdirilir. İnstitutda “Kompozisiya materialları kimyası” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisasları üzrə təhsil alan iki magistrant hazırda distant elmi-pedaqoji təcrübə keçir.

Distant təhsil prosesi institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və Təhsil şöbəsinin müdiri, k.ü.f.d, dosent Almaz Çələbiyevanın nəzarəti altında həyata keçirilir.

II kursda təhsil alan magistrantlar – Sevil Şərbətli və Röyal Quliyev isə dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. Magistrantların elmi rəhbərləri AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və professor Nəcəf Qəhrəmanov onlara onlayn qaydada dissertasiya işlərinin yekunlaşdırılması üçün elmi-metodiki məsləhətlər verirlər.

Aparılan işlər haqqında mütəmadi olaraq AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: