Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın gənc alimləri onlayn foruma qatılıblar
13.04.2020 15:17
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimləri onlayn foruma qatılıblar

Aprelin 11-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən artıq iştirakçının qoşulduğu “Dünya və gənclər yeni şəraitdə” onlayn forumu keçirilib. “Zoom” platforması üzərindən baş tutan bu əhəmiyyətli tədbirə Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, millət vəkilləri, gənclərlə bağlı QHT nümayəndələri, eləcə də gənc alim və mütəxəssislər qatılıblar.

Forum iştirakçılarını giriş nitqi ilə salamlayan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ölkə səviyyəsində elan olunan karantin dövründə təmsil olunduğu nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlayn formatda təşkili, intellektual inkişaf və asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi və digər məsələlərlə bağlı çıxış edib.

Nazir müavini “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası və qarşıda duran məsələləri diqqəti çatdırıb.

Forumda çıxış edən millət vəkilləri, QHT nümayəndələri və gənc ekspertlər öz rəy və təkliflərini səsləndirib, fikirlərini bölüşüblər.

Nazirliyin şöbə müdiri İndira Hacıyevanın moderotorluğu ilə gənclərin vətənpərvərlik tərbiyəsi, gənclərlə bağlı yeni çağrışlar, süni intellekt, 4-cü sənayə inqilabı, dünya iqtisadiyyatı, gənclər təşkilatlarının fəaliyyəti, sosial izolyasiya dövründə gənclərin fəaliyyəti və onların beynəlxalq əməkdaşlığı, eləcə də digər mövzularda panel müzakirələri aparılıb. Müzakirələrdə müxtəlif gənclər qrupları ilə yanaşı, millət vəkilləri və əlaqədar dövlət orqanlarının əməkdaşları, eyni zamanda AMEA-nın gənc alim və mütəxəssisləri fəal iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: