Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunda distant dərslər aparılır
11.04.2020 15:35
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda distant dərslər aparılır

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq, təsdiqlənmiş dərs cədvəlinə əsasən Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunmuş distant dərslər uğurla davam edir.

İnstitutda 3 ixtisas üzrə 5 magistrant təhsil alır. Mühazirələrin elektron mətnləri e-mail və ya “WhatsApp” vasitəsilə təhsil alanlara çatdırılır.

Distant dərslər institut rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir. Dərslərin gedişatı haqqında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: