Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar
11.04.2020 14:17
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris edilir.

İnstitutun professor-müəllim heyəti tərəfindən "Torpaqşünaslıq" və "Aqrokimya" ixtisasları üzrə müəssisədə təhsil alan 2 magistranta dörd fənn üzrə onlayn dərslər keçirilir. İnstitutun Təhsil şöbəsinin müdiri, c.ü.f.d dos. Fərrux Xəlilov bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır.

Mütəmadi olaraq, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə institutda dərslərin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: