Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
07.04.2020 13:30
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Məlum olduğu kimi, ölkə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr olunur.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi də ölkə rəhbərliyinin pandemiya ilə bağlı bütün tədbirlərini dəstəkləyir, xalqımızın rifahı naminə bütün sahələrdə öz dəstəyini göstərir.  

Belə ki, mərkəz koronavirusla mübarizəyə dair yardım kampaniyasına qoşularaq fonda 1000 AZN məbləğində vəsait köçürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: