Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunda magistrantlar üçün onlayn dərslər davam etdirilir
07.04.2020 13:02
  • A-
  • A
  • A+

Botanika İnstitutunda magistrantlar üçün onlayn dərslər davam etdirilir

AMEA-nın Botanika İnstitutunda distant tədris ikinci semester üzrə təsdiqlənmiş dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq keçirilir.

Distant təhsil çərçivəsində ikinci kursda təhsil alan magistrantların elmi rəhbərləri onlara dissertasiya işlərinin fərdi iş planına uyğun vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlər verirlər. Magistrantlar mühazirə və təqdimatların elektron variantını elektron poçt vasitəsilə əldə edirlər.

Həmçinin mütəmadi olaraq dərslərin gedişatı haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərə nəzarət edilir. Bununla yanaşı, distant tədris zamanı şəkil və videolar çəkilərək Təhsil şöbəsinə təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: