Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının təhsili onlayn rejimdə davam edir
06.04.2020 10:02
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının təhsili onlayn rejimdə davam edir

Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantları üçün dərslər onlayn formada davam etdirilir. Bu məqsədlə elmi müəssisənin magistraturasında professor-müəllim heyəti tərəfindən "Qeyri-üzvi kimya", "Kimyəvi kinetika və kataliz", "Fiziki kimya", "Yüksəkmolekullu birləşmələr kimyası", "Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi" və "Kompozisiya materialları kimyası" ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər müvafiq semestr üçün qəbul edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə tədris edilir.

İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə məqsədilə onlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı tədris prosesinə onlayn qoşulurlar. Həmçinin onlara elmi rəhbərlər tərəfindən dissertasiya işinin yekunlaşdırılması üçün məsləhət saatları təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: