www.science.az
06.04.2020 12:20

Aşqarlar Kimyası İnstitutunda magistrantlar distant təhsilə cəlb olunublar

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq Aşqarlar Kimyası İnstitutunda təhsil alan I və II kurs magistrantlara distant formada dərslər və məsləhət saatlarının keçirilməsinə başlanılıb.

Belə ki, 29 mart 2020-ci il tarixindən etibarən həftədə 5 gün bu elmi müəssisənin aparıcı alimləri – professor Sabir Məmmədov, k.e.d., dosent Əfsun Sucayev, k.ü.f.d. Məlahət Abbasova, k.ü.f.d. Vəli Kazımov və k.ü.f.d., dosent Elnarə Həsənova tədris prosesinə cəlb edilib.

“Üzvi kimya” ixtisasında təhsil alan I kurs magistrantlara dərslər tədris planlarında nəzərdə tutulan “Zərif üzvi sintez”, “Sterokimya” və “Üzvi kimyanın nəzəri əsasları”, “Üzvi kimyanın nəzəri məsələləri” və s. fənlər üzrə keçirilir.

İnstitutun II kurs magistrantları isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub. Eyni zamanda, onların dissertasiya işlərinin yazılıb tamamlanması üçün elmi rəhbərləri tərəfindən məsləhət saatları təşkil edilib.

Dərslər informasiya texnologiyaları vasitələrindən istifadə etməklə onlayn rejimdə tədris olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.