Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusun mutasiyası vaksinin yaradılmasına mane ola bilər
06.04.2020 11:15
  • A-
  • A
  • A+

Koronavirusun mutasiyası vaksinin yaradılmasına mane ola bilər

Yeni koronavirusun tez-tez baş verən mutasiyaları ona qarşı vaksinin yaradılmasına mənfi təsir göstərə bilər. Bu haqda “Tilia Laboratories”in rəhbəri, molekulyar genetik və virusoloq Sonya Pekova məlumat verib.

O, bildirib ki, hazırda üzərində işlənən vaksinlər bir müddət sonra artıq effektsiz ola bilər.

poisknews.ru saytının məlumatına əsasən, virusoloq qeyd edib ki, SARS-cov-2 artıq bu xəstəliyi keçirmiş insanların təkrar yoluxmasına dair təsdiq olunmuş faktlara rast gəlindiyindən onun mutasiya qabiliyyəti böyükdür. S.Pekovanın sözlərinə görə, virus az öyrənildiyindən hazırda onun hansı sürətlə mutasiya etdiyini demək çətindir.

  • Paylaş: