www.science.az
12.11.2013 00:00

Şərqşünas alim Çingiz Aytmatova həsr olunmuş sammitdə iştirak edəcək

Noyabrın 14-17-də Qırğızıstanın paytaxtı Bişkekdə “Çingiz Aytmatov və onun İssık-gül forumu: XXI əsrdə mədəniyyətlərin dialoqu və sivilizasiyaların yaxınlaşması” adlı beynəlxalq sammit keçiriləcək.

 

Sammitdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimova “Yaradıcı əlaqələr və paralellər: “Çingiz Aytmatov və Bəxtiyar Vahabzadə” mövzusunda məruzə ilə çıxış edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.