www.science.az
04.04.2020 11:25

Biofizika İnstitutunda magistrantlar üçün distant dərslərə başlanılıb

Məlum olduğu kimi, AMEA magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamının icrasını təmin etmək üçün 3 aprel 2020-ci il tarixindən AMEA-nın Biofizika İnstitutunda təhsil alan magistrantlara dərslərin distant formada tədrisinə başlanılıb. 

Hazırda institutun tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti tərəfindən “Bioloji sistemlər fizikası” və “Biofizika” ixtisasları üzrə dərslərin sillabuslarda nəzərdə tutulan mövzulara uyğun olaraq tədrisi elektron vasitələrlə həyata keçirir.

Dərslərin keçirilməsi müvafiq semester üçün qəbul edilmiş cədvələ uyğun olaraq aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.