www.science.az
04.04.2020 11:19

Yaponiya koronavirusa qarşı “Aviqan” preparatını ehtiyac duyan ölkələrə ödənişsiz təqdim edəcək

Yaponiya hökuməti yeni növ koronavirusa qarşı “Aviqan” preparatını ehtiyac duyan ölkələrə ödənişsiz təqdim edəcək. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

bangkokpost.com saytı xəbər verir ki, Yaponiyanın “Fujifilm Toyama Chemical” şirkəti tərəfindən qrip əleyhinə hazırlanan bu dərman yeni koronavirusa qarşı da yararlı hesab edilir və hazırda onun kliniki sınaqları keçirilir.

Dünyanın 30 ölkəsindən həmin dərmanla bağlı sifarişlərin daxil olduğunu qeyd edən Y.Suqa bildirib ki, hökumət “Aviqan”ın sınaqlarını genişləndirməyi planlaşdırır.

Baş katib əlavə edib ki, dərmanın müraciət edən ölkələrə ödənişsiz təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Almaniya hökuməti koronavirusa yoluxanların müalicəsi məqsədilə “Aviqan” dərmanından bir milyon bağlama almağı planlaşdırır.