www.science.az
03.04.2020 13:49

Hüseyn Cavidin Ev Muzeyi fəaliyyətini distant şəkildə davam etdirir

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə distant fəaliyyət göstərməyə davam edəcəklər.

Belə ki, qurumun 2020-ci il üzrə elmi-tədqiqat planına əsasən görüləcək işlər məsafədən həyata keçirilir. Plana əsasən, “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində işlər aparılır.

Qeyd edək ki, muzeyin ekspozisiyasına ziyarət huseyncavid.az saytında yerləşən virtual muzey vasitəsilə mümkündür. Muzey eskponatları barədə ziyarətçiləri maraqlandıran suallar onlayn olaraq cavablandırılır. Qurumun rəsmi “Facebook” səhifəsi də daim aktivdir və görülən işlər haqqında məlumatlar, muzeyin videoçarxları sosial şəbəkə vasitəsilə izləyicilər üçün yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.