www.science.az
02.04.2020 15:11

AMEA-nın magistraturasında distant təhsil uğurla davam etdirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən akademiyanın magistraturasında dərslərin distant yolla keçirilməsinə başlanılıb. Bu məqsədlə AMEA-nın magistraturasında tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti ilə magistrantlar arasında tədris planlarında nəzərdə tutulan fənlərin məzmununundun asılı olaraq müxtəlif kompüter proqramlarından istifadə etməklə virtual əlaqələr yaradılır.

Tədris prosesinin effektivliyinə və əhatə dairəsinə nəzarət etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən akademiyanın magistratura təhsilini həyata keçirən elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri və magistrantlarla müntəzəm online sorğular aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.