www.science.az
31.03.2020 11:51

Azərbaycan seysmoloqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ianə edib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna hüquqi və fiziki şəxslər tərəfindən yardımlar davam edir.

Fonda dəstək verənlər sırasına Azərbaycan seysmoloqları da qoşulublar.

Belə ki, Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ianə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.