XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin böyük ustalıqla fars dilinə tərcümə etdiyi məşhur “Tutinamə” əsəri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yenidən nəşr olunub.
Əsəri yeni redaktə ilə fars dilindən Azərbaycan dilinə tərcümə edən institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
İlk dəfə qədim hind dilində yaranmış, dastan-rəvayətlərdən ibarət olan bu əsər Hindistanın Türk-Moğol şahzadələrinin tərbiyəsi üçün nəzərdə tutulmuş və bu gün də öz əxlaqi-didaktik əhəmiyyətini saxlamaqdadır.
Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma nüsxəsi əsasında tərcümə olunan əsərə geniş “Ön söz” və şərhlər yazılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.