Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Novruz inanc mətnləri və onların poetikası” kitabı çapdan çıxıb
20.03.2020 18:08
  • A-
  • A
  • A+

“Novruz inanc mətnləri və onların poetikası” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın “Novruz inanc mətnləri və onların poetikası” adlı ikinci kitabı çapdan çıxıb.

Nəşrin redaktorları professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Şakir Albalıyev və Elçin Qaliboğludur.

Kitabın birinci hissəsində Azərbaycan Novruz bayramı ilə bağlı inanc mətnləri təqdim olunub. Müəllif bu mətnləri mövcud nəşrlər əsasında və elmi tərtib prinsiplərinə riayət edərək hazırlayıb.

İkinci hissədə həmin mətnlər ritual-mifoloji müstəvidə təhlil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: