Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı öz işinə başladı
15.10.2014 00:00
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı öz işinə başladı

Bu gün AMEA-nın Əsas binasında Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı öz işinə başladı.

Tədbirdə müxtəlif elm sahələri üzrə 30-dan çox ölkənin alim və mütəxəssisləri iştirak edirdilər.

AMEA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə keçirilən tədbirin əhəmiyyətini vurğuladı, gənclərin alim və mütəxəssislərin təcrübələrindən faydalanmaqla çox böyük uğurlara imza atacağına əminliyini bildirdi: “Bu gün ölkəmiz günü-gündən inkişaf edir. Gənclərimizin bu inkişafdakı rolu danılmazdır. Akademiya olaraq da gənclərə böyük imkanların yaradılması üçün bütün lazımi addımlar atılır”. Gənclərin potensialının inkişaf etdirilməsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının strateji hədəflərindən biri olduğunu qeyd edən AMEA prezidenti ölkəmizdə biliklər cəmiyyətinin qurulmasının innovativ təfəkkürlü intellektual gənclik qarşısında yeni tələblər irəli sürdüyünü qeyd etdi.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və başqaları tədbirin Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyini bildirdilər.

Konfrans öz işini bölmələr üzrə davam etdirdi. Tədbir çərçivəsində texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə çıxışlar dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: