Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Əhəd Yaqubovun 110 illiyinə həsr edilən kitab çapdan çıxıb
17.03.2020 15:07
  • A-
  • A
  • A+

Akademik Əhəd Yaqubovun 110 illiyinə həsr edilən kitab çapdan çıxıb

AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən “Akademik Əhəd Yaqubov Azərbaycanda palçıq vulkanizmi elminin banisidir” kitabı çap olunub.

“Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru institutun direktoru, akademik Akif  Əlizadə, tərtibçiləri geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanovdur.

Nəşr ölkə başçısının müvafiq sərəncamı və AMEA Rəyasət Heyətinin qərarı əsasında akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər planına uyğun olaraq hazırlanıb.

Kitabda ölkəmizdə palçıq vulkanizmi sahəsində görkəmli alim, ictimai xadim, iki dəfə SSRİ Dövlət mükafatı laureatı və SSRİ-nin Fəxri neftçisi olmuş, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən yubiley yığıncağındakı (14 iyun 2018-ci il) çıxışların mətnləri, həmçinin alimin ailə üzvlərinin və tələbələrinin onun haqqında xatirələri əksini tapıb.

Vəsaitin sonunda akademik Əhəd Yaqubovun elmi, pedaqoji və dövlət qulluğu sahəsindəki fəaliyyətini əks etdirən fotoşəkillər əlavə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: