Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Aşqarlar Kimyası İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulmuşdur
14.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulmuşdur

AMEA Aşqarlar Kimyası İnstitutunun lokal kompüter şəbəkəsi yenidən qurularaq, fiber optik kabel vasitəsilə AzScienceNet elm kompüter şəbəkəsinə qoşulmuşdur. Bununla da institutun əməkdaşları AzScienceNet-in imkanları və xidmətlərindən (Eduroam, Cloud Computing, Hosting, e-mail və s.) tam istifadə və yüksəksürətli İnternetə çıxış ilə təmin olunmuşlar.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sözlərinə görə, görülən işlər institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, o cümlədən dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq.

Qeyd edək ki, artıq AMEA-nın 34 institutundan 30-u fiber optik kabel vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulmuşdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyi vəDendrologiya İnstitutunun yaxın zamanda bu şəbəkəyə qoşulması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: