Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycanlı gənc istedad Massaçusets Texnologiya İnstitutuna qəbul olunub
16.03.2020 09:34
  • A-
  • A
  • A+

Azərbaycanlı gənc istedad Massaçusets Texnologiya İnstitutuna qəbul olunub

Azərbaycanlı gənc Abutalıb Namazov dünyanın ən nüfuzlu ali təhsil məktəblərindən biri olan Massaçussets Texnologiya İnstitutuna (MTİ) “kompüter elmləri” ixtisası üzrə qəbul olunub.

Qeyd edək ki, MTİ ABŞ-ın Massaçussets ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən özəl məktəbdir. İnstitutda təhsil alan bakalavr tələbələrin sayı 4510 nəfər təşkil edir. Tələbələrin bu məktəbi bitirmə faizi 94, qəbul olunma dərəcəsi 7 faizdir.

Bu ali məktəb 2019-2020-ci il üzrə “Quacquarelli Symonds” (QS) reytinqində dünyada 1-ci, “Times Higher Education 2020” reytinqində isə 5-ci yerdədir.

Xatırladaq ki, A.Namazov Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmış iştirakçı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: