Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Nüvə Təbabəti Mərkəzi ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq məsələsi müzakirə edilib
13.03.2020 11:21
  • A-
  • A
  • A+

Nüvə Təbabəti Mərkəzi ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq məsələsi müzakirə edilib

AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru, akademik Viktor Matveyev, Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov və Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdindəki Nüvə Təbabəti Mərkəzində (NTM) olublar.

Məqsəd mərkəzin fəaliyyətinə baxış keçirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək olub. 

Qonaqları Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Nüvə Təbabəti Mərkəzinin direktoru Fuad Novruzov qarşılayaraq, onlara NTM barədə ətraflı məlumat veriblər. Bildirilib ki, xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyət daşıyan Nüvə Təbabəti Mərkəzi 2016-cı ildə yaradılıb və burada xaricdə təhsil almış təcrübəli kadrlar çalışır.

Akademik V.Matveyev isə öz növbəsində rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və burada aparılan tədqiqatlar barədə məlumat verib.

Görüşün sonunda əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: