Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Bakı şəhər 11 nömrəli onbirillik Musiqi Məktəbinə görkəmli bəstəkar Arif Məlikovun adı verilib
11.03.2020 15:25
  • A-
  • A
  • A+

Bakı şəhər 11 nömrəli onbirillik Musiqi Məktəbinə görkəmli bəstəkar Arif Məlikovun adı verilib

Bakı şəhər 11 nömrəli onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun adı verilib.

Bununla əlaqədar AR Nazirlər Kabineti tərəfindən müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, ölkə başçısının 2019-cu ildə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” imzaladığı Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: