www.science.az
13.10.2014 00:00

Almaniyada Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunub

Ölkə Prezidenti İlham Əliyevin 3 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı mühüm tədbirlər yalnız ölkəmizdə deyil, bir sıra xarici dövlətlərdə də qeyd olunur. Bu günlərdə Almaniyanın Frankfurt şəhərində bu görkəmli şəxsiyyətin yubileyi ilə əlaqədar beynəlxalq tədbir keçirilib. 66-cı Beynəlxalq Frankfurt Kitab Sərgisi çərçivəsində keçirilən toplantıda dünyanın bir çox ölkələrindən olan elm, mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə AR Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin müşaviri Rizvan Nəbiyev və AMEA Gəncə Bölməsinin doktorantı Elnur Həsənovun məruzələri dinlənilib.

Məruzələr ətrafında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, həmçinin Almaniya, Türkiyə, İsveç, Qazaxıstan, Qırğızıstan, Ukrayna və digər ölkələrdən olan elm və mədəniyyət xadimləri çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.