Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab nəşr olunub
06.03.2020 17:51
  • A-
  • A
  • A+

“Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab nəşr olunub

AMEA-nın Mərkəzi Nəbatat Bağının Elmi şurasının qərarı ilə “Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab çapdan çıxıb.

Nəşrin müəllifləri b.e.d Vahid Fərzəliyev və b.ü.f.d. Hacıağa Səfərov, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

Kitabda Hirkan Milli Parkı təbiət kompleksinin ərazi quruluşu, hidroqrafiyası, iqlimi, torpağı, relyefi, flora və bitki örtüyü ətraflı xarakterizə edilib. Milli Parkın florasının taksonomik tərkibi müəyyənləşdirilib, bitkilərin həyat formaları öyrənilib. Tədqiq olunan ərazinin florasının tərkibində olan ali bitkilərin analizi aparılıb, meşə və çəmən bitkilərinin bitkilik tipləri müəyyən olunub, onların taksonomik siyahısı hazırlanıb.

Vəsait botaniklər, meşə təsərrüfatı mütəxəssisləri, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər və ümumilikdə təbiəti sevən hər kəs üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: