Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
06.03.2020 14:14
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Yığıncağı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qadınların cəmiyyətidəki yeri, mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.

O, ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini, ulu öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlərin qadınların hüquqlarının müdafiəsinə yönəldiyini bildirib. Diqqətə çatdırıb ki, ümummilli liderin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu artmaqdadır. Vurğulanıb ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.

Akademik Naxçıvan Muxtar Respublikasında da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyib. İsmayıl Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları bayram münasibətilə təbrik edib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva çıxış edərək ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: