Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlərə dair müzakirələr aparılıb
05.03.2020 15:43
  • A-
  • A
  • A+

Fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlərə dair müzakirələr aparılıb

AMEA-nın Fizika İnstitutunda İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru Yevgeniy Çulkov, Rusiyanın Bərk Cisimlər Fizikası İnstitutunun aparıcı elmi işçisi Vladimir Zveryev, eləcə də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının iştirakı ilə “Topoloji izolyatorlar: fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlər” mövzusunda seminar keçirilib.

Seminarda institutun direktoru, akademik Nazim Məmmədov çıxış edərək bildirib ki, tədbirin məqsədi topoloji izolyatorlar, onların əhəmiyyəti və yeni kəşf olunan antiferromaqnit topoloji izolyatorun kəşfində Fizika İnstitutunun alimlərinin gördüyü işlərin təqdim olunmasıdır.

Alim qeyd edib ki, bu yaxınlarda antiferromaqnit topoloji izolyator haqqında tədqiqat nüfuzlu “Nature” jurnalında dərc olunub. N.Məmmədov bu izolyatorun gələcəkdə itkisiz enerji daşınması və digər sahələrə tətbiq olunması baxımından faydalı olacağını vurğulayıb. Bildirib ki, antiferromaqnit topoloji izolyatorun kəşfi Rusiya, Azərbaycan, İspaniya, Almaniya, Avstriya, Yaponiya, İtaliya və ABŞ-ın müxtəlif elm sahələri üzrə aparıcı tədqiqat mərkəzlərinin beynəlxalq kollaborasiyası nəticəsində ərsəyə gəlib.

Daha sonra professor Yevgeniy Çulkov mövzuya dair məruzə ilə çıxış edib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: