Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
04.03.2020 12:45
  • A-
  • A
  • A+

Azərbaycan aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının xarici alimlərlə birgə həmmüəllifi olduğu “MnBi2Te4 topoloji izolyatorunun elektron quruluşunda temperaturla idarə olunan antiferromaqnit keçidin izləri” adlı məqaləsi impakt faktoru 4.296-ya (CA) bərabər olan “APL Materials” jurnalında dərc olunub.

Məqalədə ilk dəfə olaraq müəlliflər tərəfindən alınmış antiferromaqnit topoloji izolyator xassəli MnBi2Te4 kristalının elektron quruluşunda Neel temperaturundan keçdikdə ondan asılı olaraq baş verən dəyişikliklər bucaq fotoemission spektroskopiyası üsulu ilə öyrənilib.

Alınmış nəticələr həcmli və topoloji səth halları ilə yaranan maqnetizm arasında qarşılıqlı əlaqə olmasını ciddi dəlillərlə sübut edir. MnBi2Te4 kristalının səthində müşahidə olunan bu asılılıq maqnit topoloji izolyatorlarında maqnetizmin mövcudluğunu aşkar etmək üçün yeni istiqamətləndirici təcrübi üsul kimi istifadə edilə bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: