AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin və iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayevin “Zərdab rayonunda baramaçılığın inkişafı” kitabı nəşr olunub.
Kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor İsa Alıyev, rəyçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Qafar Məmmədovdur.
Analitik icmalda beynəlxalq miqyasda baramaçılığın və ipəkçiliyin inkişaf tarixi, onun Azərbaycanda təşəkkülü şərh edilib, ölkəmizdə bu sahəsinin inkişafını tənzimləyən normativ-hüquqi aktların təsnifatı verilib, müvafiq Dövlət Proqramının məqsədi, vəzifələri və istiqamətləri açıqlanıb. Bundan əlavə, respublikada barama tədarükünün vəziyyəti araşdırılmaqla yanaşı, Zərdab rayonunda baramaçılığın inkişafı çoxillik statistik məlumatlar əsasında təhlil olunub, baramanın becərilməsinə dair yaddaş vərəqəsi və barama qurdunun bəslənilməsini şərtləndirən ekoloji amillər təsnifləşdirilib. Habelə rayonda baramaçılıq üzrə yeni assosiasiyanın və aqro-klasterin yaradılmasının zəruriliyi əsaslandırılıb.
Kitab baramaçılığın və ipəkçiliyin tarixini öyrənən doktorantlar, barama tədarükü ilə məşğul olan mütəxəssislər, ipəkçi fermerlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.