Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklorşünas alimin on cilddən ibarət əsərlərinin son üç cildi çapdan çıxıb
03.03.2020 09:10
  • A-
  • A
  • A+

Folklorşünas alimin on cilddən ibarət əsərlərinin son üç cildi çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin on cilddən ibarət əsərlərinin son üç cildi nəşr edilib.

“Dərs vəsaiti” adlanan VIII cildin elmi redaktoru və "Ön söz"ün müəllifi akademik Nizami Cəfərov, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır. Nəşr Azərbaycan dili və ədəbiyyat üzrə dərs vəsaitlərini əhatə edir. Kitabın sonuna əvvəlki cildlərə düşməyən “Orfoqrafiyanın qızıl qaydası”, “Nəsimi və mif”, “Maqsud Şeyxzadə və romantik bədii düşüncə” kimi məqalələr də daxil edilib.

Əsərlərin IX cildi “Rəylər, müsahibələr” adlanır. Cildin elmi redaktoru professor Cəfər Cəfərov, tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədova, Gülnar İsmayılova və Nigar İmaməliyevadır. Bu cildə müəllifin rəsmi opponent olduğu dissertasiyalara aid rəyləri, mətbuat orqanlarında, Azərbaycan Dövlət Televiziyasının “Mühazirə”, “Ovqat”, “Zaman və məkan”, “Səhər” verilişlərindəki müsahibələri daxil edilib. Eyni zamanda, əvvəlki cildlərə əlavə kimi Vəli Məhəmməd Xoca Oğuznaməsi, “Danabaş kəndinin poetikası” haqqında tədqiqatlar və digər məqalələr də burada yer alıb.

“Bədii əsərlər, publisistika” adlı X cildin redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova, tərtibçiləri tarix üzrə fəlsəfə doktoru Orxan Əliyev və cərrah-ginekoloq Aytəkin Allahverdiyevadır. Buraya müəllifin şeirləri, hekayələri, povestləri, publisistik əsərləri, “Sədərək döyüşləri” adlı əsəri və məktəb illərində yazdığı ilk məqalələri daxil edilib.

Bütün cildlərin sonunda adlar göstəricisi və şəkillər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: