Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı çap olunub
02.03.2020 12:59
  • A-
  • A
  • A+

“Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı çap olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı nəşr olunub.

Kitabın elmi redaktoru, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovdur.

Nəşrin müəllifləri professor Nazim İmanov, iqtisad üzrə fəlsəfə doktorları Pərviz Həsənov və Bəhruz Əhmədovdur. Məsləhətçilər isə AMEA-nın müxbir üzvü Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır.

Kitab Azərbaycanın iqtisadi rayonları, respublika tabeli şəhərləri və inzibati rayonlarında həyat keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsi məqsədilə İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirir. Qiymətləndirmələr institutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılıb. Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.

Qeyd edək ki, bu araşdırma və ümumilikdə bölgələrarası müqayisələr elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, mühüm praktik əhəmiyyət daşıyır. Əldə olunmuş nəticələr ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın artan templə inkişafının dəstəklənməsi, sosial-iqtisadi proqramların tərtibi, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitlərinın ayrılması zamanı faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: