Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bəxtiyar Vahabzadənin şeirlər toplusu Koreya dilində nəşr olunub
02.03.2020 11:38
  • A-
  • A
  • A+

Bəxtiyar Vahabzadənin şeirlər toplusu Koreya dilində nəşr olunub

Tanınmış türkoloq-alim, Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri, UNESKO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, professor Eunkyung Oh tərəfindən Azərbaycanın Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan dilindən Koreya dilinə tərcümə edilərək kitab halında nəşr olunub.

Seulda fəaliyyət göstərən “Munci” nəşriyyatında dərc olunan kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, habelə şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib. Nəşrdə, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Kitabın ərsəyə gəlməsində tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya elmləri doktorları Vaqif Sultanlı və Bədirxan Əhmədovun böyük xidmətləri olub.

Qeyd edək ki, Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan poeziyasından Koreya dilinə tərcümə olunan ilk kitabdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: