Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasında mətbuat konfransı keçirilib
02.03.2020 10:32
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında mətbuat konfransı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) İqor Kosyagin və Sergey Mironov adı altında naməlum şəxslər tərəfindən rəsədxana barədə həqiqəti əks etdirməyən məlumatlarla əlaqədar mətbuat konfransı keçirilib.

Məqsəd mövcud rəsmi sənədlər təqdim etməklə ŞAR-ın mövqeyini ictimaiyyətə çatdırmaq olub.

Tədbirdə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, ŞAR bu gün müasir standartlara tam cavab verən üsul və metodlarla, səma cisimlərinin müşahidəsində dünyanın aparıcı təşkilatlarında istifadə edilən analoji cihaz və qurğulardan istifadə etməklə astrofizikanın aktual problemlərini həll etmək imkanı olan modern qurumdur. Diqqətə çatdırıb ki, 2018-ci ildə ABŞ-ın “Clarivate Analytics” şirkəti tərəfindən keçirilmiş müsabiqəyə əsasən rəsədxana Azərbaycan üzrə regional elmi müəssisələr arasında birinci yerə layiq görülüb. Bundan əlavə, aparılan məqsədyönlü elmi-təşkilati işlər nəticəsində son illərdə ŞAR əməkdaşlarının impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrinin sayı 3 dəfə artıb.

N.Cəlilov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən də söz açaraq, rəsədxananın Avropa Birliyinin “Fp7” və “Horizon 2020” proqramları üzrə qrant layihələrin qalibi olduğunu, müəssisənin gənc tədqiqatçılarının  “PhD” və “Postdoc” proqramları çərçivəsində Almaniya və Belçikanın elmi mərkəzlərində tədqiqatlar apardığını bildirib.

Daha sonra ittihamlarla bağlı mövcud rəsmi sənədlərin nümunələri KİV nümayəndələrinə təqdim olunub, onları maraqlandırılan suallar cavablandırılıb.

Mətbuat konfransından sonra media nümayəndələri rəsədxanada yaradılan şəraitlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: