Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir türk dilində tabeli mürəkkəb cümlə” kitabı çap olunub
28.02.2020 12:53
  • A-
  • A
  • A+

“Müasir türk dilində tabeli mürəkkəb cümlə” kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi, fil.f.d. Turan Hüseynovanın “Müasir türk dilində tabeli mürəkkəb cümlə” kitabı çap olunub.

Nəşrin elmi redaktoru prof. Rüfət Rüstəmov, rəyçiləri prof. Sevil Mehdiyeva və fil.f.d., dos. Qətibə Quliyevadır.

Monoqrafiya türkoloji dilçilikdə xüsusi araşdırılmaya ehtiyacı olan tabeli mürəkkəb cümlənin tədqiqinə həsr olunub. Türk dilində cümlə, cümlənin quruluşca növləri, mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə geniş şəkildə araşdırılıb. Müasir türk dilində işlənmə tezliyinə görə birinci olan tamamlıq budaq cümləsi müəllif  tərəfindən təhlil edilib.

Kitab üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil “Müasir türk dilində mürəkkəb cümlənin tədqiqi”, ikinci fəsil “Mürəkkəb cümlə və növləri”, üçüncü fəsil “Tamamlıq budaq cümləsi”ndən bəhs edir.

Birinci fəsildə müəllif müasir türk dilində cümlənin tədqiqi tarixinə nəzər salıb, Türkiyə, Rusiya, Avropa, Qazaxıstan türkoloqlarının apardıqları bölgüləri göstərib. İkinci fəsildə müasir türk dilindəki mürəkkəb cümlə strukturları geniş formada izah olunub. Üçüncü fəsil müasir türk dilində ən çox işlənmə tezliyinə malik olan tamamlıq budaq cümləsinin araşdırılmasına həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: