www.science.az
26.02.2020 12:50

Azərbaycan dilini öyrənən əcnəbilər üçün hazırlanmış tədris vəsaitlərinin təqdimatı olacaq

Martın 2-də saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında icra edilən “Salam, Azərbaycan!” adlı layihə çərçivəsində Azərbaycan dilini öyrənən əcnəbilər üçün hazırlanmış tədris vəsaitləri dəstinin təqdimat mərasimi keçiriləcək.

Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 117

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.