Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı sərgi açılıb
26.02.2020 12:07
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalı: XX əsrin soyqırımı” adlı sərgi təşkil olunub.

Sərgidə Xocalı soyqırımı və Azərbaycan xalqının başına gətirilmiş faciələrdən bəhs edən, müxtəlif dillərdə olan “Xocalı qan yaddaşı”, “Qarabağ gündəliyi”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı şahidləri danışır”, “Erməni cinayətləri”, “Qarabağ irsimizin əbədi yaddaşı”, “Azərbaycan faciələrinin tarixi”, “Xocalı soyqırımı – milyon imza, bir tələb”, “Xocalı soyqırımı: sənədlər, faktlarda və xarici mətbuatda”, “Xocalı yaddaşı” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: