Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb
26.02.2020 12:05
  • A-
  • A
  • A+

“Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində “Mətnşünaslıq”, “Mənbəşünaslıq”, “Folklorşünaslıq”, “Elmşünaslıq”, “Dinşünaslıq”, “Kitabxanaşünsalıq”, “Kitabşünaslıq” və “Biblioqrafiyaşünaslıq” bölmələri üzrə məqalələr, institutda keçirilmiş mühüm tədbirlər, əldə edilmiş nailiyyətlər, eləcə də işıq üzü görmüş kitablar haqqında məlumatlar yer alıb.

Nəşrdə “Yeddi gözəl” Əmin Yümmi tərcüməsində”, “Əli Şövqi Gəncəlinin avtoqrafları”, “Molla Cümənin dastanları”, “AMEA Əlyazmalar İnstitutunun fəaliyyətinin elmmetrik təhlili: ilkin araşdırma”, “Quran surələrinin fərdi xarakteri və ayələrin universallığı” və digər sərlövhəli araşdırmalar dərc olunub.

Jurnalın baş redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: